Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışları başa çatıb | |
Yanvarın 28-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb. Çempionatın ilk günü komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadınlar arasında birinci yeri “Bakı–I” komandası tutub. Sonrakı iki yerə “Sumqayıt” və “Bakı-II” komandaları layiq görülüb. Kişilərin komanda yarışlarının qalibi “Bakı-II” olub. İkinci və üçüncü yerlərdə isə “Bakı-I” və “Bakı-III” komandalarının stolüstü tennisçiləri qərarlaşıblar. Ölkə çempionatında Bakı (5 komanda), Sumqayıt (3 komanda), Şirvan, Salyan, Masallı, Şəki komandaları mübarizə aparırlar. Yarışlarda, ümumilikdə 80-ə yaxın idmançı gücünü sınayır. Yarış şəxsi-komanda xarakteri daşıyır. Çempionata yanvarın 31-də yekun vurulacaq. |
|
Xəbər 1068 dəfə oxundu. |
|
|