Qədir Hüseynov Fuceyrada blits turnirində ikinci yeri tutub
Yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində şahmatın blits növü üzrə keçirilən turnirdə Azərbaycan şahmatçısı uğurla çıxış edib.

Təmsilçimiz Qədir Hüseynov 9 turdan 6,5 xal toplayaraq ikinci yeri tutub.

Turnirin qalibi 7 xalla polşalı şahmatçı Katsper Pyerun olub. Üçüncü yerdə isə 6 xalla Rusiya təmsilçisi Danila Pavlov qərarlaşıb.

Xəbər 741 dəfə oxundu.