U-19 millimiz Antalyada Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib | |
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yanvarın 27-də sonuncu yoldaşlıq oyununu keçirib. Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib. Xatırladaq ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb. |
|
Xəbər 717 dəfə oxundu. |
|
|