Şahmat üzrə "Tata Steel Chess 2020" festivalında Aydın Süleymanlı 4-cü yeri tutub | |
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan "Tata Steel Chess 2020" festivalı başa çatıb. Festivalın "Tata Steel Qualifer" turnirində mübarizə aparan Aydın Süleymanlı 5,5 xalla 4-cü yeri tutub. Turnirdə 7 xal toplayan almaniyalı şahmatçı birincilik qazanıb. Digər təmsilçimiz Rauf Məmmədov festivalın "Tata Steel Chalangers" turnirində 6 xalla 11-ci olub. Bu turnirin qalibi adını isə 8,5 xalla ispaniyalı David Anton Guijarro qazanıb. Ən güclü şahmatçıların mübarizə apardıqları "Tata Steel Chess 2020"in "Masters" yarışlarında isə yüksək nəticəni italiyalı Fabiano Karuana (10 xal) göstərib. |
|
Xəbər 795 dəfə oxundu. |
|
|