“Nizami e-Sports Arena”da futbol üzrə PES2020 yarışları təşkil olunacaq | |
Azərbaycan Kiber İdman Federasiyasının və AFFA-nın dəstəyi ilə yanvarın 25-də “Nizami e-Sports Arena”da futbol üzrə PES2020 yarışları təşkil olunacaq. Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, turnirə qatılmaq üçün yanvarın 15-dən 22-dək keçirilən qeydiyyat prosesində müraciət etmiş 814 nəfər arasından ilk 256 nəfər e-milli seçimlərdə bacarığını göstərmək şansı qazanıb. Yanvarın 25-də isə yarışın püşkatması keçiriləcək. Turnir PES2020 qaydaları əsasında təşkil olunacaq. İştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Seçimlərdə ilk dörd yerin sahibi e-milli komandanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunacaq. E-milli komandamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk “e-Avro” ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə D qrupunda mübarizə aparacaq. Əlli beş iştirakçı ölkə arasından 16 komanda iyulun 9-10-da final mərhələsində iştirak etmək üçün yarışacaq. Londonda baş tutacaq final mərhələsində ilk “e-Avro”nun qalibi müəyyənləşəcək. |
|
Xəbər 829 dəfə oxundu. |
|
|