Yubiley viktorinası | |
“İdman” qəzeti ilə “Bakı” klubunun birgə layihəsi “İdman”nin qəzeti 80 illik yubileyi münasibətilə, “Bakı” futbol klubu ilə birgə, oxucular arasında keçirdiyi viktorina ötən həftə başa çatıb. Müsabiqənin yeddinci həftəsində 31 oxucumuzdan 1-i hər 3 suala doğru cavab verib. Yarışmada lider olan Bakı şəhər sakini Rafiq İbrahimov yenə fərqlənib. O, 9 sualdan 8-də dəqiq olub. Qeyd edək ki, bu oxucumuz apreldə də qalib gəlmişdi. Hər 2 ayda qalib olmuş idman həvəskarına bu həftə «Bakı» futbol klubu tərəfindən mükafat təqdim ediləcək. Viktorinanın 7-cı həftəsinin sualları və cavabları: 1. “Bakı” futbol klubunun hazırkı prezidenti kimdir? Cavab: “Bakı” futbol klubunun hazırkı prezidenti Hafiz Məmmədovdur. 2. Unibank Premyer Liqasının son turlarında “Bakı” futbol klubunun qapısını kim qorudu? Cavab: Azərbaycan çempionatının son turlarında “Bakı” futbol klubunun qapısını gənc qolkiper Aqil Məmmədov qorudu. 3. “Bakı” futbol klubu son ölkə kubokunu hansı stadionda qazandı? Cavab: “Bakı” futbol klubu son Azərbaycan kubokunu ötən il AFFA tərəfindən istifadəyə verilmiş “Dalğa-arena”da qazandı. |
|
Xəbər 1016 dəfə oxundu. |
|
|