AMADA-da İdmançı Məsləhət Komissiyası təsis edilib | |
Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) İdmançı Məsləhət Komissiyası təsis edilib. Azsport.az AMADA-ya istinadla xəbər verir ki, komissiyanın məqsədi agentliyə antidopinq sahəsində idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviq edilməsi üzrə məsləhətlərin verilməsidir. Komissiya 12 idmançı üzvdən ibarət olacaq. On yer milli idman federasiyaları tərəfindən təyin edilmiş idmançılara, 2 yer isə müstəqil qaydada ərizə vermiş idmançıya ayrılacaq. Təyin edilmə zamanı gender bərabərliyi və yaş üzrə təmsilçilik prinsipləri əsas götürüləcək. Komissiyanın tərkibi rotasiya qaydaları üzrə dəyişəcək. |
|
Xəbər 809 dəfə oxundu. |
|
|