Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılacaq | |
Yanvarın 23-də futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq tədbir saat 11:30-da başlayacaq. Bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-nu Yüksək Liqanın təmsilçisidir. Qalan iştirakçılardan 7-si Birinci, 13-ü isə İkinci Liqa iştirakçılarıdır. Daha 2 komanda Naxçıvan Futzal Liqasında çıxış edən kollektivlərdir. Bu mərhələnin ilk oyunları fevralın 6-8-də, cavab görüşləri isə bir həftə sonra – fevralın 14-16-da keçiriləcək. Qeyd edək ki, komandalar reytinqə uyğun olaraq iki səbətə bölünəcəklər. Yüksək Liqanın 10 iştirakçısı, eləcə də 1/16 final mərhələsinə vəsiqə qazanmış Birinci Liqanın 6 ən yüksək reytinqə sahib komandası bir səbətdə yer alacaq. Digər səbətdə qərarlaşan kollektivlər öz rəqiblərini məhz bu komandalar arasından püşklə müəyyənləşdirəcəklər. Bu mərhələnin püşkündən sonra digər mərhələlərdə komandaların qarşılaşacaqları ardıcıllıq da aydınlaşacaq. |
|
Xəbər 1070 dəfə oxundu. |
|
|