Yaponiyanın Keirin Avtoreis Fondu “Tokio 2020”nin rəsmi tərəfdaşı olub
Yaponiyanın Keyrin Avtoreis Fondu (YKA) “Tokio 2020”nin rəsmi tərəfdaşı olub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi tərəfdaşı olaraq YKA fondu velosiped yarışlarının keçiriləcəyi İzu Velodromunun təmirinə maliyyə dəstəyi göstərəcək.

“Tokio 2020”nin təşkilat komitəsinin rəhbəri Yoşiro Mori belə bir şirkətlə tərəfdaşlıqdan sevinc hissi duyduğunu bildirib: "YKA-nı rəsmi tərəfdaş olaraq qəbul etməkdən məmnunam və İzu Velodromunun təmirinə maliyyə dəstəyini müsbət qarşılayıram. Biz bu velodromun “Tokio 2020” Oyunlarından sonra Yaponiya və beynəlxalq velosiped yarışları üçün əhəmiyyətli olacağına inanırıq. Əminik ki, bu velodrom gələcəkdə ölkəmizdə velosiped idmanının inkişafına kömək edəcək".

Qeyd edək ki, İzu Velodromu trek velosiped yarışması üçün mübahisəli yer olub. Beynəlxalq Velosipedçilər İttifaqı “Tokio 2020” təşkilatçıları ilə razılıq əldə edilməmişdən əvvəl buna qarşı olub və burada yarışların təşkilinə etirazını bildirib. Buna səbəb isə, onun Yaponiya paytaxtından 150 kilometr məsafədə yerləşməsi olub.






Xəbər 1185 dəfə oxundu.