Voleybolçumuz Fransa çempionatında növbəti qələbəsini qazanıb | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Alyona Həsənova Fransa çempionatında növbəti qələbəsini qazanıb. Voleybolçumuzun çıxış etdiyi “Le Kannet” komandası Fransa çempionatının 16-cı turunda “San-Rafael” klubu ilə qarşılaşıb. Görüş “Le Kannet” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin blokçusu bu oyunda 14 xal toplayıb. Qeyd edək ki, hesabında 32 xal olan “Le Kannet” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. |
|
Xəbər 863 dəfə oxundu. |
|
|