Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq karate turniri başa çatıb
Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başa çatıb.

Yekun nəticəyə əsasən “Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. “Arpaçay” klubu 12 qızıl, 9 gümüş və 12 bürünc medalla ikinci, “Pashayev” (Ukrayna) klubu 7 qızıl, 4 gümüş və 15 bürünc medalla üçüncü yeri tutublar.

Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkəni - İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və Azərbaycanı təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Yarışı milli hakimlərimizlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.

Xəbər 868 dəfə oxundu.