“Ulduz” futzal komandası Çempionlar Liqasında mübarizə aparacaq | |
İtaliyanın Viqevano şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək. Yanvarın 21-dən 25-dək keçiriləcək turnirdə ölkəmizi eşitmə qüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası təmsil edəcək. Püşkün nəticəsinə görə, B qrupunda yer alan təmsilçimizin rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq. “Ulduz” komandası yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada” komandaları ilə üz-üzə gələcək. Təmsilçilərimiz yanvarın 22-də saat 14:00-da “Potenza” komandası ilə qarşılaşacaq. Həmin gün səkkizdəbir, ertəsi gün dörddəbir, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək. Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək. |
|
Xəbər 712 dəfə oxundu. |
|
|