Niderland Futbol Federasiyası Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar futbol matçlarının vaxtını dəyişdirməkdən imtina edib
Niderland Futbol Federasiyası mayın 3-dən Zandvortda Formula 1 Qran-Pri yarışlarının keçirilməsi ilə əlaqədar Eridiviziyada 33-cü və 34-cü turların oyunlarının vaxtını dəyişdirməkdən imtina edib.

Niderland futbol klubları çempionatın son iki turunun matçlarının vaxtının dəyişdirilməsi barədə sorğu ilə hələ 2019-cu ilin sentyabr ayında müraciət etmişdi. Bu, Formula 1 Qran-Pri yarışlarının translyasiyası ilə üst-üstə düşməmək üçün təklif olunurdu. Klubların fikrincə, Formula 1 yarışlarına televiziyada daha artıq diqqət yetirilməsi tələb olunur. Bundan əlavə, Zandvort regionu həmin dövrdə çox qələbəlik olacaq. Ölkənin çox populyar klubları olan “Ayaks” və AZ komandaları arasında matçlar mayın 3-də Zandvortda keçirilməlidir.

Bununla belə, idman təqvimində bu oyunların başqa vaxta keçirilməsi üçün münasib vaxt qalmadığı üçün həmin sorğuya rədd cavabı verilib. Məsələn, Avropa Liqasının yarımfinal matçı cümə axşamı, aprelin 30-a planlaşdırılıb. “Ayaks” və AZ turnirin bu mərhələsinə çıxmaq şansını saxlayır. Ona görə də oyunların şənbə günü, mayın 2-nə keçirilməsi mümkün hesab edilməyib.


AZƏRTAC

Xəbər 818 dəfə oxundu.