Kişilərdən ibarət şpaqa üzrə yığma komandamız dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub | |
Azərbaycanın kişilərdən ibarət şpaqa üzrə yığma komandası Almaniyanın Haydenhaym şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub. Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığmamız turnirin sonuncu günündə komanda yarışında qüvvəsini sınayıb. Ən güclü 32 komanda sırasına yüksəlmək üçün keçirilən ilk görüşdə şpaqaçılarımız İsveç seçmə kollektivinə 45:43 hesabı ilə qalib gəliblər. Komandamız 1/16 finalda Rusiya yığmasına 33:45 hesabı ilə uduzub. Yekun sıralamada 32-ci olan qılıncoynadanlarımız turnir cədvəlində İsveç, Səudiyyə Ərəbistanı və Lüksemburq komandalarını qabaqlayıblar. |
|
Xəbər 658 dəfə oxundu. |
|
|