Boksçularımız İstanbulda beynəlxalq turnirdə güclərini sınayacaqlar | |
Yanvarın 14-də İstanbulda Əhmət Comərt boks turniri start götürəcək. Beş gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq. Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (91 kq-dan yuxarı) mübarizə aparacaqlar. Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək. Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq. Qeyd edək ki, komandamız Vətənə yanvarın 19-da qayıdacaq. |
|
Xəbər 973 dəfə oxundu. |
|
|