Bakıda könüllülər üçün “Müasir dünyada PR” mövzusunda seminar təşkil olunub | |
Yanvarın 11-də “Bakı Şəhər Halqası” Akademiyasında könüllülər üçün “Müasir dünyada PR” mövzusunda seminar təşkil olunub. Ölkəmizdə Formula 1 yarışlarının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarainin apardığı seminarda müasir dünyada PR və onun alətləri, Formula 1 Azərbaycan Qran-Prisinin PR strategiyası və bu kimi mövzular barədə məlumat verilib. Əllidən artıq könüllünün iştirak etdiyi tədbirdə N.Arpadarai seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasını nəzərə alan BŞH könüllülərlə tanınmış şəxslərin görüşlərini mütəmadi olaraq təşkil etməyi, onların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirməyi nəzərdə tutub. |
|
Xəbər 684 dəfə oxundu. |
|
|