Fuad Cəfərov şahmat memorialının A və B qruplarında sonuncu turun oyunları keçirilir | |
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən memorial çərçivəsində A (qrossmeyster və beynəlxalq usta) və B (Open) qruplarında sonuncu turun oyunları keçirilir. A qrupunda 15,5 xalla “Sofiya” komandası liderlik edir. B qrupunda isə 5 xalla Şəhriyar İsgəndərov ilk pillədə qərarlaşıb. Yanvarın 11-də memorialın rapid yarışları keçiriləcək. Qeyd edək ki, yarış çərçivəsində artıq blits və uşaq turnirləri başa çatıb. Blits turnirində ümumi nəticələrə görə birinci yeri 12,5 xalla İran komandası tutub. Sonrakı iki pillədə 9,5 və 9 xalla Azərbaycan komandaları qərarlaşıblar. Uşaq turnirində isə Azərbaycan komandasının üzvləri Tunar Davudov 12 yaşlı oğlanların (7 xal), Ayan Hüseynli (5 xal) isə qızların mübarizəsində birinci yeri tutublar. Doqquz yaşlıların mübarizəsində oğlanlar arasında Murad Xəlilzadə (6 xal), qızlardan Dinarə Hüseynova (4 xal) qalib olublar. Memoriala Azərbaycanla yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 100-dən çox şahmatçı qatılıb. Xatirə turnirinə yanvarın 11-də yekun vurulacaq. |
|
Xəbər 770 dəfə oxundu. |
|
|