Azərbaycan qılıncoynadanları Almaniyada keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edirlər | |
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandasının üzvləri Almaniyanın Haydenhaym şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edirlər. Turnirin ilk günündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib. Qılıncoynadanlarımızdan qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk görüşündə Mərakeş təmsilçisi Houssam Elkorda 15:11 hesabı ilə qalib gəlib. İdmançımız 1/64 final mərhələsinə yüksəlmək üçün keçirilən görüşdə Koreya Respublikasından olan idmançı Sonq Jae Hoya 11:15 hesabı ilə uduzub. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta 9:15 hesabı ilə məğlub olub. Qrupda cəmi 1 qələbəsi olan Xalid Əliyev və Barat Quliyev isə mübarizəni erkən dayandırıblar. |
|
Xəbər 960 dəfə oxundu. |
|
|