Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi davam edir
Respublika Olimpiya Mərkəzində keçirilən 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak edirlər.

Yarışda 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır.

Yarışın birinci günündə oğlanlar arasında üçtəkanla tullanma yarışında Cabir Əliyev və lövhə atmada Yusif Nəzərov qalib adını qazanıb. Qızların yarışında isə üçtəkanla tullanmada Aysel Mehrəliyeva birinci yerə layiq görülüb.

Oğlanlar arasında qaçış yarışlarında Aleksey Əliəkbərov (60 m), Teymur Salahzadə (400 m) və Nurlan Bayramov (1500 m) birinci olublar. Qızların mübarizəsində isə Bibixanım Qəmbərova (60 m) və Tutuxanım İsrafilova (400 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışa yanvarın 6-da yekun vurulacaq.


Xəbər 900 dəfə oxundu.