Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edirlər | |
Dekabrın 23-28-də Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubundan azsport.az saytına bildiriblər ki, 75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda nazirliyin taekvondo komandasının idmançıları da iştirak ediblər. Yarışda FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Məhəmməd Məmmədov 80 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb. Dekabrın 29-da FHN-nin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev əsgər M.Məmmədovla görüşərək qazandığı nailiyyətə görə onu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|