Vatikan Milli Olimpiya Komitəsi yaratmaq niyyətindədir
Vatikan Milli Olimpiya Komitəsinin yaradılması və 2024-cü ildə Paris Olimpiadasında iştirakla bağlı planlarını açıqlayıb.

Bu barədə Vatikanın İdman naziri Melhor Sançes de Toka bəyan edib.

Nazir deyib: “Bizim Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əla münasibətlərimiz var. Lakin biz Vatikanın Olimpiya Komitəsini yaratmaq məqsədilə bu münasibətlərə daha çox sabitlik vermək istərdik. Peşəkar idman sənayeyə və nəhəng bazara çevrilib. Biz bunu nəzərə almalıyıq ki, idmanın baxımlı olmağı insanları özünə cəlb edir. Bu isə o deməkdir ki, idman insan qəlbinin dərinliklərinə varır”.

Milli Olimpiya Komitəsi (MOK) barədə danışan Sançes de Toka qeyd edib ki, qurumun yaradılması planları ortamüddətli perspektivdədir. Nazir daha sonra söyləyib: “Biz yüngül atletikadan başlayacağıq. Monakoda “Sülh və idman” beynəlxalq forumunda mən Beynəlxalq Yüngül Atletika Federasiyasının mənzil-qərargahında oldum. Biz orada federasiyamızın üzvlüyü barədə diskussiya apardıq. Biz futbol, taekvondo, kriket oynamağı bacarırıq: bizim beynəlxalq federasiyalarla bağlı 5-6 idman növümüz olanda MOK-un yaradılması və Olimpiya Oyunlarının paradında iştirak barədə düşünməyə başlaya bilərik. Olimpiada paradında iştirak etmək real görünür”.

AZƏRTAC

Xəbər 796 dəfə oxundu.