“Trabzonspor” səfərdə minimal hesabla qalib gəlib | |
Dekabrın 23-də Türkiyə Superliqasının XVI turunun son oyunlarında “Trabzonspor” səfərdə “Konyaspor”un qonağı olub. Oyunda yeganə qolu trabzonluların hücumçusu Aleksander Sorlot vurub. Beləliklə, “Trabzonspor” səfərdə “Konyaspor” üzərində 0:1 hesabı ilə qələbə qazanıb. Günün digər oyununda isə “Alanyaspor” səfərdə “Dənizlispor”u 1:5 hesabı ilə darmadağın edib. Hazırda “Sivasspor” turnir cədvəlinə 34 xalla liderlik edir. "Başakşəhər" 30 xalla ikinci, “Trabzonspor” isə 29 xalla üçüncü pillədə qərarlaşıb. AZƏRTAC |
|
Xəbər 739 dəfə oxundu. |
|
|