Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatı davam edir | |
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatını davam etdirir. Gələn il iyunun 5-7-də Bakıda baş tutacaq beşinci Formula 1 yarışına 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər. Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək. Bir qayda olaraq Əməliyyat Şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Bunda əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı, onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir. |
|
Xəbər 865 dəfə oxundu. |
|
|