Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının birinci turu çərçivəsində MOİK və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində təşkil olunan görüş MOİK-in qələbəsi ilə yekunlaşıb. Komanda Yüksək Liqada debüt edən rəqibini ilk setdə 25:18 hesabı ilə məğlub edib. İkinci hissə də “Azərreyl” üçün uğurlu alınmayıb – 16:25. Üçüncü set isə oyunun hesabını müəyyənləşdirib. Bu dəfə 25:20 hesabı ilə qələbə qazanan MOİK mövsümə qələbə ilə başlayıb - 3:0.

Qeyd edək ki, birinci turun açılış matçında “Neftçi” komandası “Murov”u 3:0 hesabı ilə məğlub edib.


Xəbər 633 dəfə oxundu.