Yeniyetmələrin Olimpiya Oyunları gənclər üçün gözəl imkanlar açır | |
Yeni idman modelinin formalaşmasında gənclərin rolu yüksəkdir. Yeniyetmələrin Olimpiya Oyunları idmançıların həyatında mühüm rol oynayır və gözəl imkanlar açır. Bu sözləri fiqurlu konkisürmə üzrə titullu idmançı, Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı Patrik Çan Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına müsahibəsində deyib. “Yeniyetmələrin III Qış Olimpiya Oyunlarına az vaxt qalıb. Mən çox həyəcanlıyam. Dünyanın mötəbər idman tədbiri haqqında yalnız təcrübəsi olan idmançılar fikir söyləyə bilər. “Lozanna 2020” Olimpiadasında idmançı kimi deyil, tərbiyəçi kimi fəaliyyət göstərmək mənim üçün olduqca maraqlı olacaq. Əvvəllər idmançılarla eyni mövqedə idim. Buna görə də, mən onların nəyi sevdiyini bilirəm və arxa planda olan insanların səni dəstəkləməsinin nə qədər faydalı olduğunu anlayıram”. Kanadalı 28 yaşlı idmançı “Lozanna 2020” Olimpidasında öz təcrübəsini gənclərlə bölüşəcək. XatIrladaq ki, Yeniyetmələrin III Qış Olimpiya Oyunları gələn il yanvarın 9-dan 22-dək İsveçrənin Lozanna şəhərində keçiriləcək. |
|
Xəbər 908 dəfə oxundu. |
|
|