Avropa birinciliyində uğurla çıxış etmiş taekvondoçularla görüş olub
Almaniyanın Sindelfinqen şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş balaca idmançılarla görüş keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov balaca idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

“Ümid” taekvondo klubunun yetirmələri Mehdi Budaqlı (27 kq) qızıl, Fərdi Quşxani (35 kq) isə bürünc medala sahib olublar.
Sonda balaca idmançılarla xatirə şəkli çəkdirilərək, onlara Baş İdarə tərəfindən hədiyyələr təqdim olunub.

Xəbər 1060 dəfə oxundu.