Bakı Olimpiya Stadionunda daun sindromlu uşaqlarla görüş olub | |
AFFA tərəfdaşlarının dəstəyi ilə Bakı Olimpiya Stadionunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən, Nizami rayonunda yerləşən 1 saylı uşaq evindən və “Ümid Yeri” uşaq sığınacağından dəvət olunmuş 110 uşaqla görüş olub. AFFA tərəfindən ayrılmış avtobusla stadiona gələn uşaqları arenada qurumun baş katibinin müavini Sərxan Hacıyev və müxtəlif yığmalarımızın üzvləri qarşılayıblar. S.Hacıyev qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bağlı təbrikini çatdırdıqdan sonra uşaqlar millilərimizin üzvləri ilə meydana çıxıblar. Bakı Olimpiya Stadionunun əsas meydanında topla oynadıqdan sonra onlar üçün təşkil olunmuş əyləncəli proqrama qatılan iştirakçılara hədiyyələr təqdim edilib. |
|
Xəbər 800 dəfə oxundu. |
|
|