“Qarabağ” həndbol klubu liderlə xal fərqinin artırılmasına imkan verməyib | |
Qadın həndbolçular arasında Azərbaycan çempionatında doqquzuncu turun oyunları keçirilib. İkinci dövrənin sonuncu turuna “Qarabağ” - “Azərsu” oyunu ilə start verilib. Nominal ev sahibinin favorit sayıldığı görüşdə azarkeşlər gərgin idman mübarizəsinin şahidi olublar. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, “Qarabağ” komandası oyunu qələbə ilə başa vurmağı bacarıb - 35:34. Günün digər matçında isə çempionatın lideri “Azəryol” autsayder “İdman Akademiyası” komandasını böyük fərqlə - 44:26 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində xal ehtiyatını 16-ya çatdıran “Azəryol” liderliyini davam etdirir. “Qarabağ” ondan 2 xal geri qalır. “Azərsu” 6 xalla üçüncüdür. “İdman Akademiyası” komandası bütün görüşlərdə məğlub olub. Beləliklə, qadın həndbolçular arasında ölkə çempionatında martın 4-dək fasilə olacaq. Yanvarın 15-də isə Azərbaycan kuboku turnirinə start veriləcək. Həmin gün “Azəryol” - “Azərsu”, “Qarabağ” – “İdman Akademiyası” görüşləri oynanılacaq. |
|
Xəbər 1031 dəfə oxundu. |
|
|