Prezident Kuboku uğrunda çövkən yarışlarında yarımfinalçılar müəyyənləşib
Şəkinin Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində dekabrın 13-də startı verilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlarda yarımfinalçılar müəyyənləşib.

Dekabrın 16-da keçirilən dörddəbir final oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Sərhədçi” – “Şəki” 1:0;

“Buta” – “Murad” 2:0;

“Polad” – “Qala” 6:0;

“Omar” – “Köhlən” 4:0.

Beləliklə, dörddəbir final oyunlarında qalib gələn “Sərhədçi”, “Buta”, “Polad” və “Omar” komandaları yarımfinala vəsiqə qazanıblar. Yarımfinal və final oyunları dekabrın 22 və 24-də Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışların Şəki mərhələsində 12 komanda mübarizə aparıb.

Xəbər 1157 dəfə oxundu.