Futzal üzrə Azərbaycan kuboku yarışlarının otuzikidəbir final mərhələsinin püşkü atılıb | |
Dekabrın 16-da Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kuboku yarışlarının otuzikidəbir final mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov mərasimdə çıxış edərək ötən illə müqayisədə yeni mövsümdə daha çox – 52 komandanın kubok uğrunda mübarizə aparacağını deyib. Bildirib ki, turnirin otuzikidəbir final mərhələsində Birinci və İkinci liqalarda ümumilikdə 40 komanda mübarizə aparacaq. Püşkə əsasən, hər iki liqanın komandaları bir-biri ilə qarşılaşacaqlar. Bu mərhələnin oyunları ev-səfər prinsipi üzrə keçiriləcək. Onaltıdabir final mərhələsinə yüksələcək 20 komandaya daha sonra Yüksək Liqanın 10, Naxçıvan kuboku yarışlarının isə finalçıları qoşulacaqlar. Müəyyənləşəcək 16 cüt arasında matçlar da ev-səfər prinsipi üzrə təşkil olunacaq. Yarışın final mərhələsi istisna olmaqla, bütün mərhələlərdə cütlüklər iki oyunda qalibi müəyyənləşdirəcəklər. Oyunlar zamanı səfər qolları nəzərə alınacaq. Əgər oyunların nəticəsində qalib müəyyənləşməzsə, birbaşa penalti seriyası tətbiq olunacaq. Final oyunu isə mayın sonunda baş tutacaq. “Ölkə kuboku yarışlarında Yüksək Liqada tətbiq olunan legioner limitindən istifadə ediləcək. Hər komanda oyun ərzində 5 legioner futzalçının xidmətindən yararlana biləcək. Kubok yarışlarında yaşla bağlı limit tətbiq edilməyəcək. Ümumiyyətlə, Birinci və İkinci liqalarda bu limitdən istifadə olunmur. Bu ancaq Yüksək Liqaya şamil edilir”, - deyə M.Məmmədov bildirib. Sonra püşkatma mərasimi olub. Püşkə əsasən otuzikidəbir final mərhələsinin birinci oyununda AZZERS - “Standard”, NTD-“AjaxBaku”, “Təbriz” - “Forza Neftçi”, “Bekar Tilly” - ADBTİA, “Zülfüqar” - “Star karqo”, “Timesport” - “Red Line”, “Atletiko Baku” - “Metropoliten”, “Dalğa” - “Ulduz”, “Zirvə Bakı-2” - “Baku Fans”, “Advokat” - “Rayyan”, “Baker Hughes” - AZMIU, “Gənclik” - U-19, “Star karqo-2” - “Qarabağ-Füzuli”, “Baku Fire-3” - “Yasamal-2”, “Hövsan” - “Baku Fire-2”, “Bibi-Heybət” - “Xızı”, “Bədr Xocalı” - “Zəngilan”, “Borçalı” - “Çinar Cəbrayıl”, “Altay” - “Zirvə Bakı” və “Eminsport” - “Veqa” görüşləri keçiriləcək. Sonda federasiya rəsmiləri klub nümayəndələrinin suallarını cavablandırıblar. |
|
Xəbər 779 dəfə oxundu. |
|
|