Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub | |
Bakıda “Nielsen” şirkəti tərəfindən UEFA-nın maliyyə dəstəyi ilə “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub. Araşdırma futbol ilə bağlı müxtəlif sahələri əhatə edib. UEFA-nın milli assosiasiyaların biznes inkişafı üzrə koordinatoru Manuel Ruess dekabrın 11-də araşdırmanın nəticələrini AFFA əməkdaşlarına təqdim edib, nəticələr və gələcək planlar müzakirə olunub. Bu araşdırma sayca üçüncüdür. Daha öncə Kantar Media şirkəti tərəfindən 2015-ci və 2017-ci illərdə ölkə üzrə analoji araşdırma keçirilib. “UEFA GROW” UEFA-nın 55 üzv milli assosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin fəal iştirakçılarındandır. AZƏRTAC |
|
Xəbər 720 dəfə oxundu. |
|
|