Sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Abşeron Olimpiya İdman Kompleksində keçirilən sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Ölkə birinciliyində 15-ə yaxın regiondan 150-ə yaxın idmançı iştirak edib. Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayıblar.

Oğlanların mübarizəsində Ruslan Mövsümov (70 kq), Tariel Bağırlı (77 kq), Cavid Mustafayev (85 kq), Arif Niftullayev (100 kq), Vüsal Orucov (115 kq) və Sultan Ağayev (mütləq çəki dərəcəsi) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızların yarışında isə Şəfəq Məmmədova (55 kq), Nailə Abdullayeva (60 kq), Laiqə Rəhimova (65 kq) və Nərgiz İbrahimova (80 kq) birinci olublar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 732 dəfə oxundu.