Berti Foqtsun taktikası Andorra yığması ilə bacarmadı | |
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, komandamız bu dəfə Andorra yığması ilə gücünü yoxlayıb. FİFA reytinqində 205-ci olan rəqiblə qarşılaşma futbolçularımız üçün son 8 gündə 2-ci yoldaşlıq oyunu olub. Mayın 23-də Şizuoka şəhərində Yaponiyaya 0:2 hesabı ilə uduzan “ay-ulduzlular”ımız, bu qarşılaşma ilə yay fasiləsinə yollanacaq. 2 yoxlama oyunundan ibarət yaz toplanışını yüksək əhval-ruhiyyədə başa vurmaq üçün milli Almaniyanın Frankfurt şəhərində baş tutmuş görüşdən qələbə ilə ayrılmalı idi. Bu dəfə rəqib münasib olsa da, Berti Foqtsun taktikası üzünü dogrultmayıb. Yoldaşlıq oyunu 30 may Azərbaycan -Andorra - 0:0 Hakimlər: Mikael Veyner, Holger Hensçell, Kristof Bornhorst (hamısı Almaniya), Laurent Kopriva (Lüksemburq) Frankfurt. “Viktoria Kelsterbach” stadionu |
|
Xəbər 1080 dəfə oxundu. |
|
|