Tofiq Qarayevin şərəfinə keçirilən atletika üzrə respublika turnirinə yekun vurulub
Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim, professor Tofiq Qarayevin şərəfinə atletika üzrə XXIII ənənəvi respublika turnirinə yekun vurulub.

Turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan olan yeniyetmələrdən ibarət 29 komanda birincilik uğrunda mübarizə aparıb. Hər bir komandada bir qız və bir oğlan olmaqla 58 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayıb.

Yarışlarda “Kafarova 1” komandası 219 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Vəliyev 2” komandası 216 xalla ikinci, “Pavlov 1” isə 212 xalla üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, yarış Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib.

Xəbər 728 dəfə oxundu.