Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayıblar | |
Dekabrın 5-də Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı start götürüb. Ölkəmizi qitə çempionatında 4 şahmatçı - Qədir Hüseynov, Rauf Məmmədov, Rəfael Bayramlı və Yusif Kərimli təmsil edirlər. İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarət olacaq. |
|
Xəbər 744 dəfə oxundu. |
|
|