AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib | |
Dekabrın 4-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azsport.az saytı AFFA-ya istinadla xəbər verir ki, AFFA-nın baş katibi, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasına dəvət olunub. E.Məmmədov rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bundan əlavə, Komitənin irəli sürdüyü “Child safeguarding” (Uşaqların mühafizəsi) siyasəti ilə bağlı təqdimat olub. E.Məmmədov İcraiyyə Komitəsi qarşısında qeyd olunan siyasətin müvafiq əsasnaməsinin təsdiqi təklifini səsləndirib. |
|
Xəbər 767 dəfə oxundu. |
|
|