«Cim Bom» Olcayı almaq istəyir
Gələn mövsüm üçün yeni oyunçular almaq niyyətində olan Türkiyənin «Qalatasaray» futbol klubu Almaniya Bundesliqasında forma geyinmiş Olcay Şahanın izinə düşüb. «idman.com.az»ın Türkiyə mətbuatına istinaədən bildirir ki, futbolçu keçən il «Kayzerslautern»in formasında 27 qarşılaşmada meydaqna çıxıb və 1 dəfə fərqlənib. Onun hesabında 2 faydalı ötürmə də var. Almaniya «Kicker»i də yazır ki, artıq razılaşma əldə olunub, son sözü isə Olcay özü deyəcək.

Xəbər 1018 dəfə oxundu.