Teymur Rəcəbov “Grand Prix 2019”un sonuncu mərhələsində iştirak etməyəcək
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İsrailin Yerusəlim şəhərində keçiriləcək “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyəcək.

Dekabrın 10-dan 24-dək təşkil ediləcək bu nüfuzlu yarışın sonuncu mərhələsində Teymur Rəcəbovun iştirak etməyəcəyi ilə bağlı FIDE-nin rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, səhhətində yaranan problemlərə görə T.Rəcəbov “Grand Prix 2019”un 4-cü mərhələsində iştirak etməkdən imtina edib.

Qeyd edək ki, "Grand Prix 2019" seriyasının Yerusalim mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mübarizə aparacaq.

Xəbər 750 dəfə oxundu.