Bədii gimnastika üzrə Puerto-Riko millisi Bakıda təlim-məşq toplanışındadır | |
Bədii gimnastika üzrə Puerto-Riko milli komandası Bakıdakı, Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edir. Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, toplanışa dörd Puerto-Riko təmsilçisi qatılıb. Milli komandanın məşqçisi Silviya Taseva Bakıya ilk dəfə gəldiyini deyib: “Milli Gimnastika Arenasında hazırlıq üçün bütün şərait yaradıldığı üçün yığmamız burada məşq etməkdən məmnundur. Mən Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva ilə şəxsən tanışam. Bu il Mariana Vasileva bizi Bakıda məşqlərə dəvət etdi. Biz buna görə çox şadıq”. Onun sözlərinə görə, Bakıdakı toplanışın məqsədi Puerto-Riko milli komandasının gələcək yarışlara hazırlaşmasıdır: “Biz bir neçə dünya kubokunda, eləcə də beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırırıq. Mayda biz mövsümü iki iri yarışla - Pan-Amerika Oyunları və Mərkəzi Amerika yarışlarının təsnifat mərhələsi ilə başa çatdırmağı planlaşdırırıq. Ona görə də komandamızın yüksək səviyyədə hazırlıqlı olması vacibdir”. |
|
Xəbər 821 dəfə oxundu. |
|
|