“Malmö” komandasının azarkeşləri Zlatan İbrahimoviçin heykəlinin başına kisə keçiriblər
İsveçin “Malmö” komandasının azarkeşləri bu klubun və İsveç yığmasının keçmiş futbolçusu Zlatan İbrahimoviçin heykəlinin başına kisə keçiriblər.

“Malmö” komandasının azarkeşləri heykəlin yanında bu sözlər yazılmış banner yerləşdiriblər: “Bu heykəli mümkün qədər tezliklə Stokholma aparın”.

Çərşənbə günü, noyabrın 27-də 38 yaşlı İbrahimoviç “Malmö” komandasının əsas rəqibi olan “Xammarbyu” klubunun (Stokholm) aksiyalarının dörddəbir hissəsini alıb.

Malmö şəhərində doğulmuş İbrahimoviç eyniadlı klubun yetirməsidir, 1999-2001-ci illərdə bu komandanın heyətində çıxış edib, sonra Hollandiyanın “Ayaks” komandasına" keçib.

İbrahimoviç karyerası ərzində Niderland (“Ayaks”), İtaliya (“Yuventus”, “İnter”, “Milan”), İspaniya (“Barselona”), Fransa (“PSJ”) çempionatlarının, həmin ölkələrin Kubok və Superkubok yarışlarının, İngiltərənin “Mançester Yunayted” komandasının heyətində Avropa Liqasının qalibi olub. Hücumçu 11 dəfə (2005, 2007-2016-ci illər) İsveçdə ilin futbolçusu hesab edilib.

İbrahimoviç İsveç yığmasının heyətində keçirdiyi 116 matçda 62 dəfə fərqlənib. O, milli komandanın tarixində ən yaxşı “bombardir”dir.

AZƏRTAC

Xəbər 735 dəfə oxundu.