Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində beşinci oyununu keçirəcək | |
Noyabrın 28-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İspaniyanın “Sevilya” komandasının qonağı olacaq. Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq. A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək. Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb. |
|
Xəbər 719 dəfə oxundu. |
|
|