FIFA Rusiya idmanı ilə əlaqədar WADA ilə daim əlaqə saxlayır | |
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Rusiya idmanına münasibətdə mümkün sanksiyaların tətbiqi ilə əlaqədar Dünya Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Yay Olimpiya İdman Növləri Federasiyaları Assosiasiyası (ASOIF) ilə daim əlaqə saxlayır. Bu barədə məlumatı FIFA-nın mətbuat xidməti yayıb. Noyabrın 25-də WADA-nın müvafiqlik komitəsi qurumun icraiyyə komitəsinə Rusiya Antidopinq Agentliyini (RUSADA) yenidən təşkilatın şərəfinə layiq olmayan qurum kimi tanımağı, Rusiya idmanına bir sıra qadağalar tətbiq etməyi, o cümlədən Rusiya idmançılarını dörd il ərzində beynəlxalq yarışlarda çıxış etmək imkanından məhrum etməyi və RF ərazisində beynəlxalq startlar keçirilməsini qadağan etməyi tövsiyə edib. Mətbuat xidmətinin məlumatında deyilir: “Biz bu məsələyə WADA icraiyyə komitəsi tərəfindən necə baxılacağını gözləyirik. Bizim yalnız bundan sonra hər hansı qərar qəbul edə bilərik. FIFA bu məsələ ilə bağlı WADA və ASOIF ilə daim əlaqə saxlayır”. WADA-nın icraiyyə komitəsi Rusiya məsələsinə dair qəti qərarı dekabrın 9-da Parisdə keçiriləcək iclasında qəbul edəcək. Qeyd edək ki, Sankt-Peterburq 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd matçını qəbul etməlidir. AZƏRTAC |
|
Xəbər 720 dəfə oxundu. |
|
|