«Ferqyusonun son mövsümüdür»
«Uiqan»ın prezidenti Deyv Uilan söyləyib ki, gələn mövsüm onun dostu ser Aleks Ferqyusonun məşqçilik karyerasında «Mançester Yunayted»lə sonuncusu olacaq.

İdman.com.az saytının məlumatına görə, Ferqyuson «qırmızı şeytanlar»a 1986-cı ildən başçılıq edir. Bu müddət ərzində o, komandasına 12 Premyer Liqa zirvəsi gətirib. Ferqyuson artıq bir neçə dəfə pensiya barədə söz açmışdı. Lakin sonradan sağlamlığı imkan verənə qədər işləməyə qərar verdi.

70 yaşlı şotlandla dostluq münasibətində olan Uilan bildirib ki, Ferqyusonun bu günlərdə səhhəti ilə bağlı bir sıra problemləri çıxıb. Bu səbəbdən 2012-2013-cü illər mövsümünün onun karyerasında sonuncu olacağı qaçılmazdı: «Gələn mövsümdən sonra ser Aleks istirahətə gedəcək. Sən belə uzun müddət zirvədə olanda güclü təzyiq altında olursan və bu da özünü göstərir».

Xəbər 996 dəfə oxundu.