WADA Rusiya idmanını dörd illiyinə təcrid edə bilər | |
Dünya Antidopinq Agentliyinin (WADA) uyğunluq barədə tövsiyələri Rusiyanı dörd il müddətinə beynəlxalq idman yarışlarında iştirakdan məhrum edə bilər. Əgər təşkilatın İcraiyyə Komitəsi agentliyin komitəsinin tövsiyələrini təsdiq etsə, o zaman ölkə Avropa və dünya miqyasında yarışlar keçirməkdən məhrum olacaq. Rusiya ilə bağlı problemlər bir neçə aydır gərginləşir. Payız və qış mövsümünün başlanğıcı Rusiya tərəfinin WADA və digər beynəlxalq idman təşkilatları ilə münasibətlərində ən mürəkkəb dövrdür. İki il əvvəl də 2018-ci il Olimpiadası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) müvafiq qərarı gözlənilirdi, indi isə yeni təhlükə meydana çıxıb. Bu dəfə vəziyyət daha ciddidir. WADA ötən ilin sentyabrında Rusiya Antidopinq Agentliyinin (RUSADA) 2015-ci ildə ləğv edilmiş uyğunluq statusunu bərpa edib. Həmin vaxt Rusiya tərəfinin qarşısımda şərtləq qoyulmuşdu və onlarda biri də federal təhqiqatla əlaqədar möhürlənmiş Moskva laboratoriyasının məlumat bazasına giriş idi. Əgər bazanın həqiqiliyi sübut olunsa, RUSADA fəaliyyətini sakit davam etdirə bilər. Lakin məhz bu şərtlə bağlı böyük problemlər yarandı. Bir ildən sonra WADA RUSADA-nın uyğunsuzluğu məsələsini yenidən və sürətlə gündəmə gətirdi. Bunun səbəbi Rusiyanın təqdim etdiyi baza məlumatlarında dəyişikliklər edilməsidir. Rusiya tərəfinə imkan verildi ki, WADA ekspertlərini maraqlandıran əsas sualları cavablandırsın, lakin görünür ki, izahatlar qaneedici olmayıb. Noyabrın 17-də WADA-nın uyğunluq komitəsi öz iclasını keçirib, lakin onun nəticələri bu gün məlum olub. İcraiyyə Komitəsinə təqdim edilən tövsiyələr barədə Заседание комитета по соответствию WADA состоялось 17 ноября, но перечень рекомендаций к исполкому организации стал известен лишь в понедельник. İlk olaraq “New York Times” qəzeti yazıb, sonradan isə məlum olub ki, Amerika jurnalistlərinin informasiyası əslində olduğundan daha az qorxuludur. Tam siyahı isə WADA tərəfindən dərc olunub. Belə ki, Rusiya tərəfinin təqdim etdiyi məlumatlarla agentliyin öz informatorlarının materialları arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Hətta əvvəllər qeydiyyata alınan soyadları da dəyişdirilib və ya çıxarılıb. Müəyyən olunub ki, məlumat bazasını dəyişdirən adam agentliyi azdırmaq məqsədilə yanlış məlumatlar əlavə edib. Bu saxtakarlığı edənlərin isə Rusiya idmanında dopinq üzrə WADA-nın baş informatoru Qriqori Rodçenkov və onun naməlum iki yoldaşı olublar. Bu vəziyyəti yolverilməz adlandıran WADA işarə edib ki, həmin ağırlaşdırıcı hallarla bağlı Rusiya idmanına sərt sanksiyalar tətbiq oluna bilər. Söhbət bütün beynəlxalq yarışlardan kənarlaşdırılmaqdan, Rusiya ərazisində beynəlxalq yarışların keçirilməsinin qadağan olunmasından, gələcək idman yarışlarına ev sahibliyi etmək üçün püşkatmalarda iştirakdan məhrum edilməsindən, rusiyalı məmurların beynəlxalq idman federasiyalarında məsul vəzifələrdən azad olunmasından və Rusiya Olimpiya Komitəsi və Paraolimpiya Komitəsinin hər hansı beynəlxalq turnirdə iştirakının qadağan edilməsindən gedir. Qeyd olunur ki, WADA İcraiyyə Komitəsinin tövsiyələri təsdiq edəcəyi təqdirdə Rusiya idmanı qaranlığa qərq ola bilər. Bunun baş verəcəyi halda yeganə çıxış yolu rusiyalı idmançıların öz ölkələrinin bayrağı altında deyil, fərdi qaydada iştirak etməsi olacaq. Bu praktika artıq yüngül atletika üzrə yarışlarda həyata keçirilir. Digər tərəfdən, Rusiyada gələn il və qarşıdakı illərdə irimiqyaslı beynəlxalq turnirlərin, çempionatların keçirilməsi nəzərə alınarsa, beynəlxalq yarışlara ev sahibliyi etməyin qadağan olunması ölkəyə ciddi zərbə vura bilər. RF Dövlət Dumasının müvafiq komitəsinin rəhbəri Dmitri Savişev TASS agentliyinə bildirib ki, WADA-nın tövsiyələrinin heç bir əsası yoxdur. O əlavə edib ki, indiyədək heç bir ölkəyə qarşı bu qədər sərt sanksiyalar tətbiq olunmayıb. Rusiya idmanı üçün taleyüklü olacaq WADA İcraiyyə Komitəsinin iclası dekabrın 9-da Parisdə keçiriləcək. AZƏRTAC |
|
Xəbər 753 dəfə oxundu. |
|
|