Eden Hazar «Yunayted»i seçdi
Fransanın Le10sport.com saytı Eden Hazarın transfer pəncərəsi açılan kimi «Mançester Yunayted»ə keçəcəyini yazıb. 21 yaşlı belçikalıya bir sıra sərfəli təkliflər gəlib. Lakin adıçəkilən mənbə bildirir ki, məhz «Old Trafford» gənc pleymeykerlə müqavilə uğrunda yürüşdə ən əlverişli mövqedədir.

Hücuma meylli yarımmüdafiəçi son iki mövsümdə 34 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib. Hələ 21 yaşı olmasına baxmayaraq, «Lill»də ümumilikdə 200 oyun keçirib.

İdman.com.az saytının məlumatına görə, Hazar mərkəz hücumda da oynaya bilər, cinahda da. Lakin «Mançester»dəki vəziyyəti nəzərə aldıqda, ona mərkəz zonada yer veriləcəyi daha çox ehtimal ediləndi.

Xəbər 1087 dəfə oxundu.