Voleybol üzrə U-16 komandamız EEVZA çempionatında ikinci oyununu keçirib | |
Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir. Çempionatda 9 ölkənin milli komandası mübarizə aparır. Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar. Yığmamız ilk oyununda Ukrayna komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Avro 2020”yə seçmə xarakteri daşıyan yarışda voleybolçularımız növbəti oyununu noyabrın 25-də Gürcüstana qarşı keçiriblər. Qarşılaşma Gürcüstan yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. |
|
Xəbər 778 dəfə oxundu. |
|
|