Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər
Cüdo üzrə Azərbaycan yığma komandası Yaponiyada təlim-məşq toplanışını davam etdirir.

Hazırlıq prosesi “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır.

Cüdoçularımız noyabrın 22-də Yaponiyanın Osaka şəhərində keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcəklər. Bu nüfuzlu yarışda komandamızın 15 üzvü mübarizə aparacaq. “Böyük dəbilqə” turnirinə 99 ölkədən 600-ə yaxın cüdoçu qatılacaq.

Komandamız dekabrın 8-dən Çində təlim-məşq toplanışını davam etdirəcək. Tatami ustalarımız dekabrın 12-14-də Tsindao şəhərində keçiriləcək “Masters” turnirində qüvvələrini sınayacaqlar. Dünyanın ən güclü cüdoçularının yarışacağı turnirdə 9 kişi, 6 qadın idmançımız mübarizə aparacaq. Turnirdə 100-ə yaxın ölkədən 500-dən çox idmançı gücünü sınayacaq

Xəbər 803 dəfə oxundu.