Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb | |
Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sergey Boyko olacaq. Ona Volodimir Volodin və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. Slovakiya–Azərbaycan oyunu noyabrın 19-da Trnava şəhərindəki Antona Malatinskeho adına stadionda keçiriləcək. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|