“Avro 2020”: Rusiya yığması Belçikanı, Almaniya millisi isə Belarusu qəbul edəcək | |
Noyabrın 16-da “Avro 2020”nin seçmə mərhələsində 11-ci turun oyunlarına yekun vurulacaq. Turun üçüncü oyun günündə C, E, G və I qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək. Günün bütün görüşləri aşağıdakılardır: C qrupu: Almaniya – Belarus; Şimali İrlandiya – Niderland. Qrupdakı vəziyyət: Hollandiya - 15 xal (6 oyuna), Almaniya - 15 xal (6), Şimali İrlandiya - 12 xal (6), Belarus - 4 xal (7), Estoniya - 1 xal (7). E qrupu: Azərbaycan – Uels; Xorvatiya – Slovakiya. Qrupdakı vəziyyət: Xorvatiya - 14 xal (7 oyuna), Macarıstan - 12 xal (7), Slovakiya - 10 xal (6), Uels - 8 xal (6), Azərbaycan - 1 xal (6). G qrupu: Sloveniya – Latviya; Avstriya - Şimali Makedoniya; İsrail – Polşa. Qrupdakı vəziyyət: Polşa - 19 xal (8 oyuna), Avstriya - 16 xal (8), Şimali Makedoniya - 11 xal (8), Sloveniya - 11 xal (8), İsrail - 11 xal (8), Latviya - 0 (8). I qrupu: Kipr – Şotlandiya; Rusiya – Belçika; San Marino – Qazaxıstan. Qrupdakı vəziyyət: Belçika - 24 xal (8 oyuna), Rusiya - 21 xal (8), Kipr - 10 xal (8), Şotlandiya - 9 xal (8), Qazaxıstan - 7 xal (8), San Marino - 0 (8). AZƏRTAC |
|
Xəbər 807 dəfə oxundu. |
|
|