“Rabitə”nin voleybolçuları fərqləndilər | |
Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya olimpiya təsnifat turnirinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, 8 komandanın iştirakı ilə baş tutan yarışda Rusiya, Koreya, Serbiya və Yaponiya yığmaları London-2012-yə lisenziya qazanıblar. Möhtəşəm oyunlara vəsiqə qazanan 4 millidə Azərbaycanda çıxış edən 3 voleybolçu var. Bunlar “Rabitə” ilə Super Liqanın qalibi olan Sanya Staroviç, Nataşa Krsmanoviç və dünya çempionlarının yeni transferi Suzana Sebiçdir. Beləliklə, London Yay Olimpiya Oyunlarında ABŞ, İtaliya, Çin, Dominikan Respublikası, Türkiyə, İngiltərə, Braziliya, Yaponiya, Serbiya, Rusiya, Cənubi Koreya və Əlcəzair yığmaları qüvvələrini sınayacaqlar. |
|
Xəbər 1143 dəfə oxundu. |
|
|